Futzal üzrə Yüksək Liqada III dövrə start götürüb.
Sportinfo.az xəbər verir ki, lider XI turda çempionla qarşılaşıb.
“Baku Fire” - “Araz-Naxçıvan” matçının taleyini 1 qol həll edib. Roman Adamov çempiona vacib qələbə qazandırıb. Bu nəticədən sonra “Araz-Naxçıvan” rəqiblə aradakı xal fərqini birə endirib.
“Neftçi” də “Baku Fire”in büdrəməsindən istifadə edib. "Ağ-qaralar" "Şuşa"ya 7:1 hesabı ilə qalib gəliblər. Eyni nəticə U-19-la “Yasamal Bakı”nın duelində qeydə alınıb. Yığma autsayderdən güclü olub.
"Baku Fire" – "Araz-Naxçıvan" 0:1 (0:0)
Qol: Roman Adamov, 22:17
"Şuşa" – "Neftçi" İK - 1:7 (1:4)
Qollar: Rüstəm Bağırov, 16:00 // Mortoza Haydari, 7:01, 19:14, Fərid Atakişiyev, 14:26, 34:32, Abdul Qafar, 18:33, 24:12, 39:18
U-19 – "Yasamal Bakı" - 7:1 (4:1)
Qollar: Ədalət Ələkbərov, 9:53, 15:05, 37:16, Oqtay Mahmudzadə, 10:33, Rəvan Məşiyev, 12:57, Ümid Qəhrəmanov, 27:09, Rəvan Quliyev, 31:57 // Anar İsayev, 8:14
Yer | Komanda | O | Q | H | M | T-F | X |
1 | Baku Fire | 11 | 8 | 2 | 1 | 82-23 | 26 |
2 | Araz-Naxçıvan | 11 | 8 | 1 | 2 | 91-16 | 25 |
3 | Neftçi İK | 11 | 8 | 1 | 2 | 76-23 | 25 |
4 | Şuşa | 11 | 4 | 0 | 7 | 27-56 | 12 |
5 | U-19 | 11 | 3 | 0 | 8 | 30-84 | 9 |
6 | Yasamal Bakı | 11 | 0 | 0 | 11 | 19-123 | 0 |
Bombardirlər: İaqo Henrique (Baku Fire) - 33, Amirhossein Rasouli (Araz-Naxçıvan) - 15, Namiq Məmmədkərimov (Neftçi İK) - 13 qol