AZ

Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib - YENİLƏNİB/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

“İki sahil” xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olundu.

Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Seçilən
24
49
ikisahil.az

10Mənbələr