AZ

Qarlı hava ilə bağlı təcili yardıma neçə nəfər müraciət edib?

Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi cinsli olmaqla) müraciəti qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

"1 nəfər isə hospitalizasiyadan imtina edib",- deyə məlumatda qeyd edilib.

Milli.Az

Seçilən
40
50
milli.az

10Mənbələr