AZ

Əsgəran qala-kompleksində açıq səma altında tarixi park yaradılacaq (FOTO)

Əsgəran. Trend:

Əsgəran qala-kompleksində açıq səma altında tarixi parkyaradılacaq.

Trend xəbər verir ki, bu barədə Əsgəran qala-kompleksinə təşkilolunan mediatur zamanı bildirilib.

Qeyd edilib ki, qala Azərbaycan dövləti tərəfindən bərpaolunur.

Qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii irs”,“İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq vətəşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb.Layihəyə əsasən, qalanın konservasiyası, möhkəmləndirilməsi,arxeoloji qazıntıların aparılması və açıq səma altında tarixiparkın yaradılması nəzərdə tutulur.

Qala ərazisində müxtəlif rekreasiya xidmətlərinin də təklifolunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin(piyada və nəqliyyat) hazırlanması planlaşdırılır.

Kompleks ərazisində ilin dörd fəslində festival və mədənitədbirlərin keçirilməsi, idman, istirahət və əyləncə, ticarət,ictimai iaşə və digər sahələr üzrə müvafiq infrastrukturunyaradılması nəzərdə tutulur.

Əsgəran qala-kompleksinin bərpası, tarixən malik olduğuşöhrətinin ödənilməsi xalqımızın çoxəsrlik mədəniyyətinin, memarlıqvə şəhərsalma sənətinin tanıdılmasına xidmət edir.

Qeyd edək ki, XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişiilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaqnümunələrindəndir. Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometrməsafədə yerləşir.

Qalanın adı isə Əsgəran adlı yerlə bağlı olub Azərbaycandilindəki əski (köhnə, qədim) və Aran toponimindən ibarət olub,(Köhnə Aran, Qədim Aran) mənalarını daşıyır.

Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəliolub, Qarqar çayı vadisini qapayaraq yalnız çay tərəfdən kiçikkeçid yaratmaq məqsədi daşıyıb. Qalanın sağ sahil (şərqi) istehkamıbürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan ibarətdir. Bütünbürclər ikimərtəbəli olub, bir-birləri ilə ikimərtəbəli qaladəhlizləri ilə birləşdirilib.

Xocalı şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələritərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb.

Tarixi abidə işğalçılar tərəfindən erməniləşdirilməyə məruzqalan abidələrmizdən biridir. İşğal dövründə Ermənistan tərəfiƏsgəran qalasında qanunsuz “bərpa-tikinti” işləri aparıb. İşğalçırejim Əsgəran qalasını özünküləşdirmək naminə tarixi abidəningörkəminə ciddi zərər vurublar.

19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağdahəyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonraƏsgəran qalası separatçılardan azad edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevvə Birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəranqala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar.

Əsgəran
Əsgəran
Əsgəran
Əsgəran
Əsgəran
Əsgəran
Əsgəran
Əsgəran
Əsgəran
Əsgəran
Əsgəran
Seçilən
19
6
az.trend.az

7Mənbələr