AZ

Qonçarenko Zelenski-Tramp münaqişəsini fəlakət adlandırdı

Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında baş verən ictimai münaqişəni fəlakət adlandırıb.

Rusiya mediasının yaydığı məlumata görə, o, bu barədə Amerikanın “The Hill” qəzetinə müsahibəsində bildirib.


“Baş verənlər fəlakətdir... Trampın sözlərinə reaksiya vermək Zelenskinin çox böyük səhvi idi... Qeyd edildi ki, Tramp “dezinformasiya köpüyü içindədir”. Bundan sonra Trampın reaksiya verəcəyi bəlli idi. Biz bilirik ki, o, ictimai qınağa məruz qalanda bu ən pis hadisəyə çevrilir”, - deputat qeyd edib.

Qeyd edək ki, Zelenski ilə Tramp arasında soyuq münasibətlər yaranıb. ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini hətta diktator adlandırıb və onu seçkiləri keçirməkdən imtina etməkdə ittiham edib. Ağ Ev rəhbəri iddia edib ki, Zelenskinin reytinqi cəmi 4 faizdir.

Tural

Seçilən
1
news365.az

1Mənbələr