AZ

Qışda istirahət üçün uyğun olan ŞƏHƏR

Bu şəhərcik sanki dumanın içində gizlənib. Metsovo adlı Yunanıstan şəhəri xüsusilə qış aylarında turistlər üçün ideal məkana çevrilir. Şəhər Pindos dağlarının yaxınlığında yerləşir və bu dağların təmiz bulaq sularını içmək mümkündür.

Milli.Az lent.az-a istinadən qışda istirahət üçün uyğun olan şəhəri sizlərə təqdim edir:

"Qismən dumanla örtülmüş və ya qışda qarla bürünmüş Metsovo sanki bir rəsm əsəri kimi görünür. Xüsusilə qış aylarında məşhur olan bu Yunanıstan kəndi Tositsas, Stournaras, Averoff kimi milli xeyriyyəçilərin vətəni olmaqla yanaşı, Epirus bölgəsində sevilən istirahət məkanlarından biridir".

Metsovo qışda daha da canlansa da, İon dənizi sahilinə yaxın yerləşməsi və zəngin mədəni irsi sayəsində il boyu istirahət üçün ideal məkandır. Bundan əlavə, şəhərdən cəmi 20 dəqiqəlik məsafədə yerləşən Aoos gölü gəzinti üçün mükəmməl bir yerdir. Bu bölgənin qürur mənbələrindən biri də Yunan mətbəxidir. Küçələrdə gəzərkən bu ləzzətlərin ətrini hiss etmək mümkündür. Xüsusilə yerli məhsul olan tütsülənmiş Metsovone pendiri və məşhur Cabernet Sauvignon şərabını mütləq dadmağı tövsiyə edirlər. Metsovoya ən yaxın hava limanı bir saatlıq məsafədə yerləşən İoannina şəhərindədir. Əgər daha mənzərəli bir marşrut seçmək istəyirsinizsə, Salonikidən uçaraq oradan materik Yunanıstanı boyunca 5 saatlıq qatarla da səyahət edə bilərsiniz.

Milli.Az

Seçilən
11
milli.az

1Mənbələr