Müğənni Ramal İsrafilov küsülü olduğu Əməkdar artist Abbas Bağırovdan söz açıb.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində danışıb.
“Mən heç kimdən küsmürəm. Abbası efir vasitəsi ilə salamlayıram. Biz bir qrupda 5 il çalışmışıq, əziyyət çəkmişik. Bunlar ola-ola birdən-birə küsmək olar? Xırda söz-söhbətlər olur. 5 il birlikdə çörək kəsmişik. Bunu itirmək olmaz. Təbii ki, kimsə qrupdan çıxanda küsülülüklər, incikliklər olur. Abbas öz, mən də öz sənətimdəyəm. Onun anasının əlindən öpürəm. Onların evində çprək yemişəm. Bunları insan unuda bilməz”, - deyə Ramal bildirib.
Qeyd edək ki, hər iki sənətçi illər əvvəl “A – trio” estrada qrupunun üzvləri olub.