Rusiya hərbçiləri Çasov Yarın şimal-qərbindəki ərazini nəzarətə götürüblər.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Cənub” qoşun birləşməsinin tərkibində döyüşən könüllülər korpusuna istinadla məlumat yayıb.
“Könüllülər korpusunun tərkibində fəaliyyət göstərən 200-cü motoatıcı briqadanın uğurlu əməliyyatı nəticəsində Çasov Yar şəhərinin Severnı mikrorayonu azad edilib, korpusun bölmələri şəhərdən şimal-qərb istiqamətindəki əraziyə tam nəzarət edir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, dəmir yolunun cənubundakı mövqeləri tutan Ukrayna bölmələrinə zərbələr endirilir.