AZ

Finlandiya prezidenti Zelenski ilə Kiyevə yardımı müzakirə edib

Finlandiya prezidenti Alexander Stub Ukrayna lideri Vladimir Zelenski ilə Kiyevə yardım məsələsini müzakirə edib. Finlandiya prezidenti bu barədə X sosial şəbəkəsində yazıb.


“Biz Finlandiyanın Ukraynaya dəstəyini, eləcə də davamlı və ədalətli həll yolu tapmaq üçün mümkün addımları müzakirə etdik”, - deyə məlumatda bildirilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
9
news365.az

1Mənbələr