AZ

“Dövlət Mülki Aviasiya Agentliyi” yaradıldı - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev Mülki aviasiya sahəsində idarəetmənintəkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanimzalayıb.

Trend xəbərverir ki, fərmana əsasən, Azərbaycan Respublikası Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyininvə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “MülkiAviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi”publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik)tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsyaradılıb.

“Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsinNizamnaməsi” təsdiq edilib.

Müəyyən edilsin ki, Nazirliyin tabeliyində “Dövlət MülkiAviasiya Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik)Azərbaycan Respublikasının ərazisində mülki aviasiya sahəsindədövlət siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində vəinkişafında iştirak edən, uçuşların təhlükəsizliyi, aviasiyatəhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsiüçün tənzimləmənin və nəzarətin (keyfiyyətə nəzarət də daxilolmaqla), habelə mülki aviasiyada dövlət nəzarəti çərçivəsindətəhlükəsizliyin təmini ilə bağlı xidmətlər göstərilməsi sahələrində(bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqişəxsdir;

Agentlik bu Fərmanda qeyd edilən qurumların hüquqi varisidir,onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir;

Agentliyin fəaliyyətinin təşkil və təmin edilməsi xərcləridövlət büdcəsinin vəsaiti, həmçinin Agentliyin öz fəaliyyətindən, ocümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait, beynəlxalqtəcrübəyə əsasən aviadaşıyıcılar tərəfindən hava limanlarına vəaeronaviqasiya xidmətlərinə görə ödənilən məbləğdən nəzarətfunksiyaları ilə bağlı yığımlar və qanunla qadağan edilməyən digərmənbələr hesabına maliyyələşdirilir;

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyatakeçirmək üçün dörd üzvdən – sədr və onun üç müavinindən ibarətİdarə Heyəti yaradılır.

Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsiaşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondununmiqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

Agentliyin idarəetmə orqanlarının yaradılması;

Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədənazad edilməsi;

Agentliyin yenidən təşkili və ləğvi;

Nazirliyə:

Bu Fərmanda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqişəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-cimaddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aidedilmiş digər məsələlərin həlli.

Azərbaycan Respublikasının Nazirlər Kabineti hava limanlarının(aeroportların) idarə edilməsi ilə bağlı təkliflərini doqquz aymüddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinətəqdim etməli; Agentlik işçilərinin xidməti geyim formalarınümunələrini, fərqləndirmə nişanlarının təsvirini və onlarındaşınması qaydasını üç ay müddətində təsdiq edib AzərbaycanRespublikasının Prezidentinə məlumat verməli; Agentlik dövlətqeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanda nəzərdətutulan qurumların balansındakı dövlət əmlakının Agentliyinbalansına verilməsi və Agentliyin inzibati bina ilə təmin olunmasıməsələlərinin həlli üçün tədbirlər görməli; Agentliyin 2025-ci ildəsaxlanılması xərclərinin bu Fərmanın 1-ci hissəsində qeyd edilənqurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitçərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlətbüdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdətutulması ilə bağlı tədbirlər görməli; bu Fərmandan irəli gələndigər məsələləri həll etməlidir.

Nazirlik Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərmanqüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlətqeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan RespublikasınınQanununa uyğun olaraq tədbirlər görməli; bu Fərmandan irəli gələndigər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Seçilən
45
38
az.trend.az

10Mənbələr