AZ

Britaniyadan etiraf: Müharibə hazırlıqlarında onlardan geri qalırıq

Britaniya Baş Qərargah rəisi Toni Radakin ölkəsinin müharibə hazırlığı baxımından geridə qaldığını, Skandinaviya və Baltikyanı dövlətlər kimi müdafiə hazırlıqlarını gücləndirməli olduğunu bildirib.

Publika.az xəbər verir ki, həmin gün müdafiə naziri Con Heyli iki Kral Hərbi Dəniz Qüvvələrinin amfibiya desant gəmisi, bir freqat və 31 helikopter də daxil olmaqla, silahlı qüvvələrdə ixtisar edildiyini açıqlayıb. Heyli bu qərarı Mühafizəkarlar Partiyasının buraxdığı 22 milyard funt-sterlinq maliyyə kəsiri ilə əlaqələndirib.

İlin əvvəlində Britaniya ordusunun rəisi general Patrik Sanders bəyan etmişdi ki, Böyük Britaniyanın Rusiyaya qarşı gələcək müharibəyə hazırlıq üçün on minlərlə əsgərdən ibarət vətəndaş ordusu lazımdır. Sanders mövcud qüvvələrin, o cümlədən ehtiyatların müharibə vəziyyətində ölkəni müdafiə etmək üçün kifayət etməyəcəyini vurğulayaraq, Böyük Britaniyanın “milli səfərbərliyin” təməlini qoymasının vacib olduğunu bildirib.

Oxşar narahatlıqlar Britaniya mətbuatında da səsləndirilib. “The Times” qəzetində dərc olunan xəbərdə Böyük Britaniyanın müdafiə büdcəsindəki ixtisarların ölkənin hərbi potensialına mənfi təsir göstərdiyi və onun Avropadakı müttəfiqləri ilə müqayisədə geridə qalmasına səbəb olduğu bildirilib.

Seçilən
1
1
publika.az

2Mənbələr