AZ

Natiq Cəfərli: Dolların hegemon qalmasında Amerika qədər Çin və Hindistan da maraqladır

BRİKS ölkələri Vaşinqtonun 150% tarifləri tətbiq etmək və həmçinin onlarla ticarəti dayandırmaq hədəsindən sonra hesablaşmalarda dollara öz alternativlərini yaratmaq planlarından əl çəkib. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. 
O, BRİKS ölkələrinin yeni valyuta yaratmaq istədiklərini, bəlkə də Çin yuanından istifadə etməyi planlaşdırdıqlarını, lakin Vaşinqtonun təhdidindən sonra fikirlərini dəyişdiklərini vurğulayıb.

ReAL Partiyasının sədri Natiq Cəfərli "Sherg.az"a bildirib ki, BRİKS ölkələrinin daxili valyutalara keçməsi haqqında on ildən çoxdur bəyanatlar səsləndirilir:

“Əslində isə onların özlərinə belə bu, sərf etmirdi. Düzdür, Donald Trampın açıqlamaları da onları həmin fikirlərindən xeyli çəkindirdi. Amma dolların hegemon qalmasında qəribə səslənsə də, Amerika qədər Çin və Hindistan maraqladır. Çinin valyuta rezervlərinin üç trilyonu dollarda saxlanılır. Bu səbəblə də dolların zəifləməsində başlıca olaraq Çinin marağı yoxdur. Ümumiyyətlə BRİKS tərəfindən səsləndirilən fikirlər, xüsusilə Bayden dövrünə aid olan siyasi bəyanatlar idi. Onsuz da həmin fikirlərin realizə olunması mümkün deyildi. Donald Trampın onları qorxutması və yaxud tarif müharibəsi elan etmə çağrışı da prosesin dayanmasında müəyyən rol oynadı”.
Seçilən
14
sherg.az

1Mənbələr