AZ

Azərbaycan millisi ikinci oyununu keçirəcək

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığma meydan sahibi Albaniya seçməsi ilə üz-üzə gələcək. Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı baş hakim Martina Molinaro idarə edəcək. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Seçilən
29
3
metbuat.az

10Mənbələr