AZ

General Karter: "London və Aİ Kiyevə təhlükəsizlik zəmanəti verməlidir"

Böyük Britaniya və Avropa İttifaqı(Aİ) ABŞ-nin münaqişəyə yanaşmasından asılı olmayaraq, Rusiya ilə sülh sazişi bağlanacağı təqdirdə, Ukraynaya öz təhlükəsizlik zəmanətlərini verməli olacaq. Bu fikri BBC-yə müsahibəsində Britaniya Müdafiə Qərargahının keçmiş rəisi, general Nik Karter səsləndirib.

General belə hesab edir ki, Britaniya və Aİ ölkələri amerikalılar zəmanətə hazır olmasalar belə Ukraynanın suverenliyinə zəmanət vermək üçün öz hərəkətlərini artırmalıdırlar. Karterə görə, London və Brüssel öz mövqelərini açıq şəkildə bildirməlidirlər.

Eyni zamanda, keçmiş Müdafiə Qərargahı rəisi əlavə edib ki, Britaniyanın mümkün təminatları Silahlı Qüvvələrin hazırki potensialı ilə uyğun gəlmir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
10
news365.az

1Mənbələr