AZ

Temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır - Nazirlik

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır.

News365.az xəbər veri ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O vurğulayıb ki,  hazırda Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta qeydə alınır: "Bu da çoxillik iqlim normasından 7.5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir. Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır”.

Seçilən
0
42
news365.az

10Mənbələr