AZ

Putin Məhəmməd bin Salmana zəng etdi

Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Putin fevralın 18-də Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə danışıqlar üçün əlverişli şərait yaratdığına görə şəhzadəyə təşəkkür edib.

“İki lider Rusiya-Səudiyyə Ərəbistanı münasibətlərini, o cümlədən ticarət, investisiya və enerji kimi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək istəklərini təsdiqləyiblər. Tərəflər qlobal neft bazarında sabitliyi təmin etmək üçün OPEK+ çərçivəsində sıx əməkdaşlığı davam etdirir”, - deyə məlumatda qeyd olunub.

Seçilən
19
publika.az

1Mənbələr