"5 ilə yaxındır ki, ən dəhşətli soyqırımılardan biri olan Xocalı faciəsinin qisası döyüş meydanında alınıb". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "1992-ci il fevralın 25-dan 26-na keçən gecə ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədiblər. Bu cinayətlər faktiki olaraq soyqırımı aktıdır, çünki "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiyanın tələblərinə tam uyğundur. Xocalıda xüsusi qəsd amili ilə törədilən bu vəhşiliklər uşaqların, qadınların qəddarcasına qətlə yetirilməsi ilə bərabər bir neçə digər maddəni də əhatə edir. Ermənistanın Azərbaycan ərazisində apardığı müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı beynəlxalq konvensiyalar və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır. Ermənistan tərəfindən törədilən bu hərəkətlərə qarşı beynəlxalq təşkilatlar tərəfindən verilən reaksiyalar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı dövlət olaraq tanıması mühüm əhəmiyyət kəsb edir. Xocalı soyqırımı heç vaxt unudulmayacaq və bu faciə Azərbaycan xalqının qan yaddaşında həmişə qalacaq".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31