KONKAKAF Çempionlar Liqasının ilk turunun "Kanzas Siti" - "İnter Mayami" oyunundan (1:0) sonra matçın baş hakimi Marko Ortisin Lionel Messidən forma istədiyi barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, görüşdən sonra Ortis Messiyə yaxınlaşaraq forma ilə yanaşı, avtoqraf istəyib. O, buna görə cəzalandırılıb. Bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
Bununla belə, KONKAKAF hakimə qarşı hansı intizam tədbirlərinin görüldüyünü açıqlamır. Təşkilat sadəcə bəyanat yayımlayaraq, hakimin davranışının matçlarda konfederasiyanın rəsmilərinin davranış kodeksinə uyğun olmadığını bildirib.
Qeyd edək ki, görüşdəki yeganə qolu 56-cı dəqiqədə Lionel Messi vurub.