Müğənni Nazim Pişyarı xəstəliyindən danışıb.
OLAY yazır ki, bu barədə o, “Günə bax” verilişində açıqlama verib. Nazim bildirib ki, nevroloq ona ifa üçün bir qadağa qoymayıb:
“Məni xəstəxanadan təntənəli sürətdə yola salanda nevroloqdan soruşdum ki, ifa etmək olar? Dedi, gedin bizi sevindirin yeni naliyyətlərinizlə, amma bunları nəzərinizdə saxlayın, özünüzə baxın. O qədər mənə dedilər ki, özünə bax, axırda dedim ki, güzgümüz sınıb. Allaha qurban olum, hər şey onun əlindədir. İnsan dünyasını dəyişməyibsə, deməli missiyası bitməyib”.
Qeyd edək ki, sənətçi insult keçirmişdi.