AZ

Azərbaycanda problemli aktivlərlə bağlı risklər əhəmiyyətli dərəcədə azalıb - "Fitch"

Bakı. Trend:

Azərbaycanda problemli aktivlərlə bağlı risklər əhəmiyyətlidərəcədə azalıb.

Trend bu barədə“Fitch Ratings”in təhlilinə istinadən xəbər verir.

“Qafqaz regionunda (Ermənistan, Azərbaycan və Gürcüstan)bankların kredit göstəriciləri son iki ildə yüksək templi iqtisadiartım və biznes həcminin böyüməsi fonunda yaxşılaşmaqda davam edir.Bu tendensiyalara Ukraynadakı hərbi münaqişənin yan təsirləri, dahadəqiq desək, Rusiya ilə ticarət, miqrasiya və onunla əlaqəli pulaxınları, həmçinin, yüksək xammal qiymətləri təsir göstərir. Bizbankların əsas əmsallarının tarixi normadan yüksək qalacağınıgözləsək də, reytinqlərin trayektoriyası müxtəlif ölkələrdəfərqli-fərqli ola bilər”, - deyə materialda qeyd olunur.

“Fitch” analitikləri qeyd edir ki, regionun əksər bankları2022-2024-cü illərdə rekord mənfəət barədə xəbər veriblər.

“Faiz marjları 1-2 faiz artıb ki, bu da aktivlərə olan uçotfaizlərinin artımı, o cümlədən, yaxşı likvid buferlərin olması iləəlaqədar olub və bu, maliyyələşmə məsrəflərini nəzarətdə saxlamağakömək olub. Azərbaycan banklarının göstəriciləri neft qiymətlərinindaha yüksək olması və aktivlərin keyfiyyəti ilə bağlı risklərinazalmasından qaynaqlanıb.

Azərbaycan kreditləşmənin yüksək templi artımı və dividendödənişlərindəki əhəmiyyətli artımlar kapital əmsallarına təsirgöstərir, lakin biz hələ də yüksək gəlirlilik sayəsindəkapitallaşmanın səmərəli səviyyədə qalacağını gözləyirik”, - deyə“Fitch”dən bildiriblər

Reytinq agentliyi güclü iqtisadi artım və sağlam kreditləşməninbütün region üzrə kredit keyfiyyəti göstəricilərinin sabit şəkildəyaxşılaşmasına dəstək göstərdiyini qeyd edir.

“Lakin problemli kreditlərin daha da azalması, onların artıqaşağı səviyyədə olduğunu nəzərə alaraq, məhdud ola bilər. Bu müsbətdinamika xüsusilə Azərbaycanda nəzərə çarpır, burada problemliaktivlərlə bağlı risklər əhəmiyyətli dərəcədə azalıb. Bu, əsasən,cəmləşmiş və dollarlaşmış korporativ kreditlərdən fərqli olaraq,milli valyutada olan və pərakəndə müştərilər, mikrobiznes və kiçikvə orta sahibkarlıq üçün daha şaxələndirilmiş kreditlərə keçidlə,eləcə də tənzimləmələrin yaxşılaşdırılması ilə bağlıdır”, - deyəmaterialda vurğulanır.

"Fitch" analitikləri regionda bankların likvidliyinin əlverişlisəviyyədə olduğunu vurğulayıb.

"Azərbaycanın likvidlik əmsalı MDB+ regionunda ən yüksəkgöstəricilərdən biridir – 73%, bu da kifayət qədər likvidliyinmövcud olduğunu sübut edir. Regiondakı bankların reytinqləriinvestisiya səviyyəsindən aşağıdır və "B" ilə "BB+" arasındadəyişir. Azərbaycan banklarının reytinqi 2024-cü ilin oktyabrayında aktivlərin keyfiyyəti ilə əlaqədar risklərin azalmasısayəsində yüksəlib və Azərbaycanın suveren reytinqi ilə(BBB-/Stable) yerli banklar üçün fəaliyyət mühitinin qiyməti (bb-)arasındakı 3 pilləli əhəmiyyətli fərqi nəzərə alaraq reytinqlərindaha da qalxması üçün potensial mövcuddur”, - deyə matrialda qeydolunr.

Məqalədə:
Seçilən
5
3
az.trend.az

4Mənbələr