Göygöl və Şahdağ milli parkları ağ örpəyə bürünüb.
Modern.az xəbər verir ki, bu barədə görüntüləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova öz sosial şəbəkə hesabında paylaşıb.
"Bu qışın növbəti qarlı günləri Şahdağ Milli Parkında vəhşi təbiətin unikal varlıqları ilə yaşanır. Zubrlar və nəcib marallar qarlı, ağappaq mühitdə daha gözəl görünür və təbiətə daha da yaraşıq verir.
Göygöl Milli Parkının ecazkar qar mənzərəsi yenə də heyran edir. Göygölün donmuş mavi suları buz qatı ilə örtülüb. Hər zaman rast gəlinməyən bu fərqli mənzərələr turistlər üçün əsl ziyarət səbəbidir", - deyə İ.İbrahimova qeyd edib.