Bakı. Trend:
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFAMillətlər Liqası çərçivəsində Monteneqro yığması ilə oyunuqeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğukimi, saat 15:00-da başlamayacaq.
Trend xəbərverir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, baş hakim vəziyyətə yerində baxış keçirdikdənsonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.