AZ

“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib (FOTO)

Bakı. Trend:

Sərfəli rabitə xidmətləri ilə tanınan “Nar” Füzuli şəhərində,Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin şagirdləri arasında“Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib. Şagirdlərinyaratdığı əsərlər məktəbin akt zalında sərgilənib.

Tədbirdə məktəb və “Nar” rəhbərliyi, eləcə də YARAT Müasirİncəsənət Məkanının rəssam-kuratorlarından ibarət heyət iştirakedib. Əməkdar incəsənət xadimi Sabina Şıxlinskaya və məkanın layihəmeneceri Leyla Ağayeva əsərləri qiymətləndirərək, gənc müəlliflərəsertifikatlar təqdim ediblər.

Şagirdlərin istedadını rəqəmsal dünyaya daşımaq məqsədilə, "Nar"müsabiqənin qaliblərinə müasir planşet və smart qələm hədiyyə edib.Bu təşəbbüslə "Nar" regionun mədəni həyatına töhfə verilməsi vəyerli icmanın istedadlı gənclərinin dəstəklənməsini hədəfləyir.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətlirabitə xidmətləri göstərir. Son 6 ildə Müştəri Loyallığı İndeksiüzrə ölkənin lider mobil operatoru olan “Nar” müştəriyönümlüstrategiyasına sadiq qalaraq sərfəli qiymətlərlə üstün xidməttəqdim edir.

“Nar”
“Nar”
“Nar”
“Nar”
“Nar”
“Nar”
“Nar”
“Nar”
“Nar”
“Nar”
Məqalədə:
Seçilən
6
17
az.trend.az

10Mənbələr