AZ

Lionel Messidən avtoqraf istəyən hakim cəzalandırıldı

KONKAKAF (Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Assosiasiyalarının Konfederasiyası) Çempionlar Liqasında "İnter Mayami" - "Kanzas Siti" matçını idarə edən meksikalı hakim Marko Ortis cəzalandırılıb.

Oxu.Az ESPN-ə istinadən xəbər verir ki, görüş başa çatdıqdan sonra oyunun hakimi ulduz hücumçu Lionel Messidən avtoqraf alıb. Bu əmələ görə hakimə qarşı intizam tədbirləri görülüb. Hesabatda Ortisin davranışının KONKAKAF-ın davranış qaydalarına uyğun olmadığı bildirilib.

Qeyd edək ki, görüş "İnter Mayami"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu ikinci hissənin əvvəlində L.Messi vurub.

"Cebheinfo.az"

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr