AZ

RTTYM hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyir

Bakı. Trend:

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Respublika Təcilivə Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimindəişləyir.

Bu barədə Trend-ə Mərkəzdənməlumat verilib.

Bildirilir ki, relyefi çətin ərazilərdə xidmət göstərmək üçünsanitar avtomobillər ("Mitsubishi Pajero", "UAZ", "Mercedes Vito","Volkswagen" markalı) hazır vəziyyətə gətirilərək xəttəburaxılıb.

"Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyətiçətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.

Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi YardımMərkəzinə qarlı hava şəraiti ilə ötən gecədən bu gün səhər saat14:00 radələrinədək 20-si qadın, 12-si kişi olmaqla, 32 nəfərinmüraciəti qeydə alınıb. Onlardan 31 nəfər müxtəlif travmalarlamüvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciətedənlərdən yalnız 1 nəfər hospitalizasiyadan imtina edib.

Qarlı hava şəraiti ilə bağlı müraciət edənlərlə əlaqədar əlavəməlumat veriləcək", - məlumatda qeyd olunub.

Məqalədə:
Seçilən
33
10
az.trend.az

10Mənbələr