AZ

Bu universitetdə dərslər təxirə salındı - Yenilənib

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində axşam dərsləri təxirə salınıb.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, buna səbəb hava şəraiti olub.

Ali təhsil müəssisəsi saytın sorğusuna cavab olaraq məlumatı təsdiq edib.

Qeyd edilib ki, 16:00-dan sonra hava şəraiti ilə əlaqədar olaraq dərslər keçirilmir, axşam dərsləri isə təxirə salınıb.

Həmçinin ADA Universitetinin kampusu açıq olsa da, hava şəraiti ilə bağlı əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib.

Bildirilib ki, tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.

***

Oxu.az-ın əldə etdiyi məlumata əsasən, Xəzər Universitetindən bildirilib ki, bu gün hava şəraiti nəzərə alınaraq dərslərin həm onlayn, həm də əyani formada keçirilməsi təşkil edilib. Sözügedən situasiyanın yalnız bu gün üçün keçərli olduğu qeyd olunub.

Azərbaycan Universitetindən isə bildirilib ki, dərslər əyani formada keçirilir, davamiyyət yaxşıdır. Hava şəraiti nəzərə alınaraq gecikən tələbələr də dərsə qəbul ediliblər, lakin axşam növbəsinin dərsləri başqa gün əvəzlənmək şərti ilə ləğv olunub.

Seçilən
12
50
qafqazinfo.az

10Mənbələr