AZ

Buzlu yolda döngəyə sərt girən sürücü “Prius”u aşırdı - FOTO

Paytaxtın Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 21-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə şahidlərinin iddiasına əsasən, qəza sürücünün döngəyə sərt şəkildə daxil olmasından qaynaqlanıb. Nəticədə avtomobil sürüşərək yol kənarına düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, maşına maddi ziyan dəyib.

Qeyd edək ki, hadisə yerinə evakuator cəlb olunub və qəzalı maşın ərazidən kənarlaşdırılıb.

Nərmin

 

FOTO QALEREYA
Seçilən
14
avtosfer.az

1Mənbələr