Azərbaycan basketbol millisi İstanbulda ayağn qar səbəbindən Bakıda qayıda bilməyib.
Bu barədə “Qafqazinfo”ya Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Priştinadan İstanbula gəlməli olan komandamızın uçacağı təyyarə reysində problem yaranıb.
Nəticədə yığmamız Serbiyaya yollanıb. Millimiz Belqraddan Ankaraya ordan da Bakıya gələcək.
Qeyd edək ki, yığmamız ötən gün DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində Kosovo ilə qarşılaşıb və 81:79 hesabı ilə uduzub.
Xatırladaq ki, Azərbaycan millisi fevralın 23-də Bakıda İrlandiya ilə qarşılaşacaq.