AZ

Beynəlxalq Ana Dili Günü münasibəti ilə söhbət-sərgi keçirilib



Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli kitabxana filialı 21 Fevral-Beynəlxalq Ana Dili Günü münasibəti ilə söhbət-sərgi keçirib.

Newscenter.az xəbər verir ki, söhbət zamanı qeyd olunub ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

Sonda mövzu ilə bağlı sərgiyə baxış keçirilib.



S.Məmmədova
Seçilən
23
newscenter.az

1Mənbələr