Bakı. Trend:
Rusiyanın Novorossiysk dəniz limanında iki gəmi toqquşub,onlardan biri yüngül zədələnib.
Trend xəbər verirki, bu barədə Rusiya KİV məlumat yayılıb.
Məlumata əsasən, Qara dənizdə tanker yük gəmisinə çırpılıb.Toqquşmadan sonra gəmilər bir neçə saat bir-birinə kilidlənmişvəziyyətdə qalıb. Qəzanın əlverişsiz hava şəraiti səbəbindən başverdiyi bildirilir. Belə ki, güclü dalğaların təsiri ilə gəmilərdənbiri lövbərdən çıxaraq digərinə çırpılıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.
Qeyd edilib ki, Novorossiysk limanında toqquşan gəmilər “NATIGALIYEV” tankeri və “BEGONIA S” quru yük gəmisidir.