AZ

Qaradağda silah-sursat aşkarlanıb (FOTO-VİDEO)

Bakı. Trend:

Ötən gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefonxəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindəsilah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardantəmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 2 ədədF1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 932 ədəd 7.62x39 mm-likmərmi, 142 ədəd 5.45x39 mm-lik mərmi, 100 ədəd 9x18 mm-lik mərmi, 1ədəd fişəngatan tapança və 1 ədəd İJ markalı qundağı kəsilmiştüfəng olduğu müəyyən edilib.

Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləritərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Qaradağda
Qaradağda
Məqalədə:
Seçilən
2
19
az.trend.az

10Mənbələr