Bakı. Trend:
Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanda kəndtəsərrüfatında innovasiyanın tətbiqində kiçik də olsa, roloynamasından məmnundur və daha geniş iqlim dəyişikliyi gündəmindəAzərbaycana dəstəyini davam etdirəcək.
Trend xəbər verir ki, bunuBirləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO)tərəfindən maliyyələşdirilən "Gənc Aqrosahibkarlar" layihəsininBağlanış Konfransında Böyük Britaniyanın Bakıdakı səfirliyininmissiya rəhbərinin müavini Edvard Evans deyib.
O, bildirib ki, Böyük Britaniya Azərbaycanla ikitərəflimünasibətlərdə iqlim dəyişiklikləri və enerji keçidi məsələlərinəxüsusi əhəmiyyət verir.
"Keçən il ərzində iqlim dəyişikliyi və enerji keçidiməsələlərində daha da vacib rol oynayıb. Böyük Britaniya ötən ilBakıda keçirilən COP29 tədbirində yüksək səviyyədə iştiraketmişdir. Bunların arasında Böyük Britaniyanın baş nazirininAzərbaycana ilk səfərini nümunə olaraq göstərmək olar.
"Nümayəndə heyətimiz iqlim maliyyələşdirilməsi ilə bağlı sazişinəldə olunmasını təmin etmək üçün Azərbaycanla sıx əməkdaşlıq edir",- Edvard Evans qeyd edib.