AZ

Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq,ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləriüçün Hərbi Hava Qüvvələrinin Aviasiya Təmir Zavoduna tanışlıqsəfəri təşkil edilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfərdə 17 ölkəni təmsil edən 22 hərbi attaşe iştirak edib.Qonaqlara əvvəlcə Aviasiya Təmir Zavodunun yaranma tarixi, inkişafmərhələləri və hazırkı fəaliyyəti barədə ətraflı brifinq təqdimolunub. Bildirilib ki, zavodda hərbi aviasiya texnikasının texnikibaxışı, təmiri və modernizasiyası həyata keçirilir. Həmçinin buradauzun illərin təcrübəsinə malik peşəkar mühəndislər, texniki işçilərvə hərbi aviasiya sahəsində ixtisaslaşmış mütəxəssislər fəaliyyətgöstərir.

Brifinqdən sonra hərbi attaşeləri maraqlandıran suallarcavablandırılıb.

Sonra nümayəndə heyəti zavodun istehsalat bölmələrini gəzərəktəmir, modernizasiya və digər prosesləri əyani şəkildə izləyiblər.Qonaqlar zavodda görülən işləri birbaşa müşahidə etməkdən məmnunolduqlarını bildirərək, burada tətbiq olunan texnologiyaları vəmütəxəssislərin peşəkarlığını yüksək qiymətləndiriblər.

İştirakçılar bu cür tədbirlərin beynəlxalq hərbi əməkdaşlığınmöhkəmləndirilməsində və təcrübə mübadiləsində əhəmiyyətli rolundandanışaraq səfərin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinəminnətdarlığını bildiriblər.

Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Hərbi
Məqalədə:
Seçilən
10
25
az.trend.az

10Mənbələr