AZ

Səbinə Məmmədova: Azərbaycanın təbliğində mədəniyyətimiz və musiqimiz mühüm yer tutur

Düsseldorf, 21 fevral, AZƏRTAC

Düsseldorf və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri ilə keçirilən görüşə soydaşlarımız böyük maraq göstərdilər. Buna görə də tədbirdə iştirakçıların sayı gözlədiyimizdən xeyli çox oldu. Sevindirici haldır ki, bu tədbirdə Düsseldorf və ətrafdakı 22 şəhərdən həmyerlilərimiz iştirak edirlər. Bu görüş bir daha göstərir ki, xaricdə yaşayan soydaşlarımız bir və həmrəydirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, “Muğam” Alman-Azərbaycan Musiqi Birliyinin rəhbəri Səbinə Məmmədova jurnalistlərə müsahibəsində deyib.

Səbinə Məmmədova xaricdə yaşayan soydaşlarımızın Azərbaycan ilə bağlı bütün məsələlərə, o cümlədən milli mədəniyyətimizin və musiqimizin təbliğ olunduğu tədbirlərə böyük maraq göstərdiklərini və fəal iştirak etdiklərini diqqətə çatdırıb: “Bu baxımdan belə görüşlərin mütəmadi qaydada keçirilməsi çox vacibdir. Diasporumuzun fəaliyyətinə və bu qəbildən tədbirlərin təşkilinə göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürümü bildirirəm”.

O xüsusi vurğulayıb ki, Azərbaycanın təbliğində mədəniyyətimiz və musiqimiz mühüm yer tutur. Çünki musiqinin dili birdir. Biz musiqi vasitəsilə bütün dünyaya və insanların qəlbinə yol tapa bilirik.

Yeni təsis etdiyi “Muğam” Alman-Azərbaycan Musiqi Birliyinin hədəf və fəaliyyətindən bəhs edən Səbinə

Məmmədova deyib: “Məqsədimiz xaricdə yaşayan soydaşlarımıza və onların övladlarına Azərbaycan musiqisi ilə yanaşı, Ana dilimizi də öyrətmək, mədəniyyətinizin və musiqimizin təbliği işinə onları da cəlb etməkdir”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Düssseldorf

Seçilən
22
1
azertag.az

2Mənbələr