Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Monteneqro ilə oyununun nəzərdə tutulduğundan iki saat gec başlaması planlaşdırılır.
hakimiyyet.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, Millətlər Liqası çərçivəsində millimizin Monteneqro yığması ilə "Liv Bona Dea Arena"da keçirəcəyi oyunun saat 17:00-da başlaması gözlənilir. Bununla bağlı yekun qərarı matçın hakimləri verəcək.
Qeyd edək ki, Azərbaycan - Monteneqro görüşü saat 15:00-da start götürməli idi.
14:39
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə oyunu qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu kimi, saat 15:00-da başlamayacaq.
hakimiyyet.az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.
Baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra, matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.
11:16
Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün keçirəcək.
hakimiyyet.az xəbər verir ki, C Liqasının IV qrupunda mübarizə aparan milli komanda Bakıda Monteneqronu qəbul edəcək.
Qarşılaşma "Liv Bona Dea Arena"da, saat 15:00-da start götürəcək. Görüşün baş hakimi qazaxıstanlı Tatyana Sorokopudova olacaq.
Qeyd edək ki, C Liqasının IV qrupunda Litva kollektivi də mübarizə aparır.