AZ

Azərbaycan Qazaxıstanda keçiriləcək turizm sərgisində iştirak edəcək

Azərbaycan aprelin 23-25-də Almatı şəhərində keçiriləcək Qazaxıstan Beynəlxalq Turizm Sərgisində (“KİTF 2025”) iştirak edəcək.

“İki sahil” xəbər verir ki, ölkəmizi tədbirdə Dövlət Turizm Agentliyi təmsil edəcək.

Artıq sərgidə iştirakla bağlı hazırlıq işlərinə başlanılıb.

KİTF Mərkəzi Asiyanın ən əhəmiyyətli turizm yarmarkalarından biridir və hər il keçirilir. Sərgidə həm yerli, həm də beynəlxalq iştirakçılar turizmlə bağlı məhsul və xidmətlərini təqdim edir.

Yarmarka turizm şirkətləri, turoperatorlar, mehmanxanaçılar, aviaşirkətlər və sənayenin digər maraqlı tərəfləri arasında şəbəkələşmə, biznesin inkişafı və biliklərin ötürülməsi üçün platforma təqdim edir.

Seçilən
8
2
ikisahil.az

3Mənbələr