AZ

Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə - Ali Məhkəmədən qərar

Bakı. Trend:

Azərbaycan Respublikasının Ali Məhkəməsi yol-nəqliyyathadisələrinə dair mübahisələr üzrə vahid məhkəmə təcrübəsinimüəyyən edən qərar qəbul edib.

Bu barədə Trend-ə Ali Məhkəmədən məlumat verilib.

İşin hallarına görə, təqsirləndirilən şəxs 2020-ci il 2 maytarixində idarə etdiyi avtomobillə hərəkətdə olarkən, qarşıdangələn digər avtomobillə toqquşub, nəticədə 3 şəxsin ölümünə səbəbolub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixlihökmü ilə şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.3-cümaddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübutayetirilmədiyindən ona bəraət verilib.

Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlətittihamçısı apellyasiya protesti verərək Şəki Ağır CinayətlərMəhkəməsinin hökmünün ləğv edilməsini və cinayət qanunununmüddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmüçıxarılmasını xahiş edib. Şəki Apellyasiya Məhkəməsinin 14 iyun2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilib,Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü verilmiş apelyasiyaprotestinə münasibətdə ləğv edilib, təqsirləndirilən şəxs CM-in263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsindətəqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrum etməcəzasına məhkum olunub.

Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən məhkumkassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsinin15 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qisməntəmin edilib, Şəki Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci iltarixli hökmünün təqsirləndirilən şəxsin həbsə alınmasına dairmüddəalar istisna olmaqla ləğv edilməsi, cinayət işinin yeniapellyasiya baxışına təyin edilməsi qərara alınıb. Şəki ApellyasiyaMəhkəməsinin 22 avqust 2023-cü il tarixli qərarı ilə dövlətittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təminedilməyib, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci iltarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədənsaxlanılıb.

Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlətittihamçısı kassasiya protesti verib. Kassasiya protestində qeydedilib ki, şəxs ibtidai istintaq zamanı ifadəsində ona AzərbaycanRespublikasının CM-nin 263.3-cü maddəsi ilə elan edilmiş ittihamüzrə özünü təqsirli bilsə də, məhkəmə istintaqında özünü müdafiəetmək, cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi iləifadəsini dəyişib təqsirini inkar edib. Eləcə də, zərərçəkmişşəxslər məhkəmə istintaqında ifadələrini dəyişib, ibtidai istintaqdövründə bildirdiklərindən fərqli ifadələri səsləndirməklətəqsirləndirilən şəxsin məsuliyyətdən kənar qalması üçün şəraityaradıb. Apellyasiya instansiyası
məhkəməsi isə həmin ifadələrə əsaslanmaqla sonuncunun AzərbaycanRespublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayətitörətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək onahəmin maddə ilə bəraət verib işin faktiki hallarına uyğun olmayanyanlış nəticəyə gəlib.

Şikayət üzrə Ali Məhkəmə qəbul etdiyi qərarında göstərib ki,Azərbaycan Respublikası CPM-nin 19.7 və 91.5.10-cu maddələrinəgörə, təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyatakeçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hərhansı yardım göstərməyə borclu deyil, özünə qarşı ifadə (izahat)verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək,habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək vəizahat verməkdən imtina etmək hüquqlarının sahibidir. Məhkəməistintaqında müəyyən edilmiş yeni hal – təqsirlədirilən şəxsinməhkəmə araşdırması zamanı verdiyi, ibtidai istintaqdagöstərdiklərindən fərqli olan ifadəsi ilə yanaşı, həmçinin, digərproses iştirakçılarının məhkəmə istintaqı dövründə bildirdikləriəsasında aşkar edilib. Cinayət prosessual qanunvericiliyinin təməlprinsiplərindən birini təşkil edən, insan hüquq və əsasazadlıqlarının məcmusuna daxil olan və CPM-nin 21.3-cü maddəsindəəksini tapan təqsirsizlik prezumpsiyası prinsipi dayanır ki, həminprinsipə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özününtəqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.Cinayət-prosessual qanunvericiliyinin istinad edilən müddəalarındangöründüyü kimi, təqsirləndirilən şəxs ifadə vermək hüququnun icraformasının seçilməsində tamamilə azaddır, qanunverici onun üzərinəbununla bağlı hər hansı məhdudiyyətin qoyulması halını müəyyənetmir, o cümlədən, müdafiə hüququnun səmərəli həyata keçirilməsiməqsədilə cinayət təqibinin istənilən mərhələsində özünə qarşıifadə verməmək hüququ ilə ehtiva edilən ifadələrin dəyişməsinəimkan verir.

Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakiməicraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibiüzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağıtələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunmalı vəbir-biri ilə müqayisə edilərək, yeni sübutlar toplamalı, əldəolunmuş sübutların mənbəyinin mötəbərliyimüəyyənləşdirilməlidir.

Təsvir edilənlərdən göründüyü kimi, bəraət almış şəxs cinayəttəqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrindən məhzməhkəmə istintaqı dövründə bildirdiklərinə
üstünlük verilməsinə dair apellyasiya instansiyası məhkəməsiningəldiyi qənaəti istər cinayət işinin müəyyən edilmiş digər halları,istərsə də vahid məhkəmə təcrübəsinin formalaşmasına yönəlmişAzərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyələrinə uyğun olubki, həmin ifadələr həm ittiham tərəfində çıxış edən zərərçəkmişşəxslər, həm də cinayət işinin nəticəsində hər hansı marağı olmayankənar şəxsin şahidin ifadələri ilə təsdiqlənib.

Yekunda Ali Məhkəmənin qərarı ilə kassasiya protesti təminedilməyib, apellyasiya instansiya məhkəməsinin qərarı kassasiyaprotestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.

Məqalədə:
Seçilən
7
31
az.trend.az

10Mənbələr