Yevlax rayonunda zəncirvari qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 21-də səhər saatlarında Tanrıqulular kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-JL-166 dövlət nömrə nişanlı “Mercedes Axor” markalı, 32-BE-646 dövlət nömrə nişanlı “VAZ-2121” (Niva) markalı və “Hyundai” markalı avtomobillər bir-birinə çırpılıb. Hadisə zamanı hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücülərdən biri xəsarət alıb.
Qeyd edək ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nərmin
FOTO QALEREYA