AZ

“Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşdu

Qara dənizdə iki gəmi toqquşub.

Heftelik.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Novorossiyk limanında fırtına zamanı “Natiq Əliyev” tankeri “Beqoniya” yük gəmisi ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. “Beqoniya” yük gəmisinə yüngül ziyan dəyib, ətraf mühitə zərər dəyməyib.

Qeyd edək ki, Natiq Əliyev” tankeri “Palmali” şirkətlər qrupuna məxsusdur, sabiq energetika naziri Natiq Əliyevin vəfatından sonra qısa müddətdə istifadəyə verilib.

Seçilən
12
heftelik.az

1Mənbələr