AZ

Paytaxtda qar günə qarşı mübarizə - Fotolar

Qarlı hava şəraitində Suraxanı rayonunda lazımi təxirəsalınmaz tədbirlər görülür.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev sosial şəbəkə hesabında paylaşım edib. 

O, bildirib ki, ainoptiklərin hava şəraitinin dəyişəcəyi, qar yağması, yolların buz bağlaması ilə bağlı etdikləri xəbərdarlıqları nəzərə alaraq Suraxanı rayonunda lazımi təxirəsalınmaz tədbirlər görülüb, “Rayon təsərrüfatının 2024-2025-ci illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkil və təmin edilməsi haqqında” Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən yaradılmış komissiya gücləndirilmiş iş rejimində çalışaraq qəsəbələrdə qərargahlar yaradılmış, xüsusi texnika, qartəmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilmiş, kifayət qədər duz və qum ehtiyatı hazırlanıb.

Ötən gündən yağan qarın yaradacağı çətinliklərin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə gecə saatlarından rayon ərazisində yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib.

Sakinlərə təhlükəsizlik tədbirlərinə riayət edərək ehtiyatlı olmağı, qarlı havada təcrübəsiz sürücülərin yola çıxmamasını tövsiyə edirik.


Telegram kanalımız
Seçilən
22
2
yenisabah.az

1Mənbələr