AZ

Ağcaqanadları öldür, pul qazan - Dang qızdırması ilə mübarizədə yeni üsul

Filippin hökuməti dang qızdırması ilə mübarizə aparmaq üçün maraqlı üsul tapıb.

Publika.az xəbər verir ki, Filippində başlayan dang qızdırması ilə mübarizədə “May piso sa fog” (Ağcaqanadlar üçün Peso) tətbiqinin istifadəyə verildiyi açıqlanıb.

Tətbiq çərçivəsində vətəndaşlara tutduqları hər ağcaqanad üçün mükafat veriləcəyi bildirilib. Ölü, diri və ya sürfə mərhələsində olan hər 5 ağcaqanad üçün 1 peso (65 sent) mükafat veriləcək.

Səlahiyyətlilər ağcaqanadların tutulmasının sağlamlıq riski yarada biləcəyi üçün proqramda yalnız 18 və daha yuxarı yaşda olan insanların iştirakına icazə veriləcəyini bildirir.

Seçilən
24
publika.az

1Mənbələr