AZ

PAŞA Holding-in dəstəyi ilə Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaq.

Bakı. Trend:

Bu il Azərbaycandan olan məktəblilərin “SpaceX” daşıyıcı raketivasitəsilə “PocketQube” piko-peykini kosmik orbitə buraxmasıplanlaşdırılır. PAŞA Holding, Azərkosmos-un nəzdində KOSMİKAkademiyanın təşkilatçılığı, Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm vəTəhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyi ilə Təhsil İnstitutu, Braziliya Kosmik Agentliyi vəBraziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə keçirilən“Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7-9-cusinif şagirdləri arasında baş tutacaq.

“SpaceX”in “birgə buraxılış proqramı” (“rideshare”) proqramınınmahiyyəti ondan ibarətdir ki, bir raket buraxılışı zamanı müxtəlifmüştərilərə məxsus olan kiçikölçülü peyklər eyni anda orbitəçıxarılır. Bununla yanaşı, “SpaceX”in yüksək etibarlı buraxılışplatforması “PocketQube” peykinin təhlükəsiz şəkildə orbitəçatdırılmasını təmin edəcək və layihənin texniki və elmiməqsədlərinin uğurla həyata keçirilməsinə imkan yaradacaq.

Sözügedən təşəbbüslər azərbaycanlı məktəblilərin beynəlxalqkosmik texnologiyalara inteqrasiyasını, qabaqcıl texnologiyalarıntəhsilə mühüm təsirini, məktəblilərin rəqəmsal savadlılığınınartırılması istiqamətində atılan addımların rolunu bir dahavurğulayır. Bundan əlavə, bu layihələr gəncləri məktəb yaşlarındanyerli və beynəlxalq səviyyədə yeni əməkdaşlıq qurmağa, praktikitətbiqlər vasitəsilə nəzəri biliklərini mürəkkəb layihələrdə tətbiqetməyə təşviq edir.

Xatırladaq ki, innovasiyaların təşviqi, eləcə də ölkədəinnovasiya ekosisteminə dəstəyin göstərilməsi PAŞA Holding-in önəmverdiyi istiqamətlərdəndir. Bu məqsədlə holdinq tərəfindən INMergeİnnovasiya Sammiti və PAŞA Hakaton təşkil edilir, yerli inkubasiyavə akselerasiya mərkəzlərinə dəstək göstərilir. Qeyd edək ki,ölkədə ilk vençur kapital fondu, "Holberton" məktəbi vəKibertəhlükəsizlik məktəbi də PAŞA Holding-in dəstəyi iləfəaliyyətə başlayıb.

Seçilən
12
16
az.trend.az

10Mənbələr