Azərbaycanın futzal hakimləri – Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov beynəlxalq oyuna təyinat alıblar.
Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət briqada Avropa çempionatının (AÇ-2026) 3-cü qrupu çərçivəsində keçiriləcək Türkiyə – Slovakiya görüşünü idarə edəcək. Sözügedən matç martın 12-də Ərzincan şəhərində keçiriləcək. Oyuna saat 17:00-da start veriləcək. Oyunun hakim-inspektoru xorvat İvan Novak olacaq.