AZ

Xocalı rayonunda məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiqSərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldanazad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”naəsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duranprioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdətelekommunikasiya sahəsinin inkişafıdır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuqişlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindənXocalı rayonunda məskunlaşma olan bütün yaşayış yerləri və biznessubyektləri, internet də daxil olmaqla, telekommunikasiyaxidmətləri ilə təmin olunub.

Belə ki, GPON texnologiyasının tətbiqi ilə abunəçilərəyüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet+ televiziya (ikisi birində)” və “internet + telefoniya +televiziya (üçü birində)” xidmətləri də təqdim edilib.

Vətəndaşlar bu xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170”Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən Xocalışöbəsinə (ünvan: Xocalı rayonu, Əsgəran qəsəbəsi), həmçinin qurumunrəsmi saytıvasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin ümumi və başplanlarına, eləcə də “Azərbaycan Respublikasının işğaldan azadedilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair FəaliyyətProqramı”na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olunmuşbütün ərazilərə 1000 km-dən çox magistral fiber-optik kabel və yaonun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsihədəflənib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müasirtexnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi işlərçərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetintəmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davametdirilir.

Xocalı
Xocalı
Xocalı
Xocalı
Xocalı
Seçilən
42
9
az.trend.az

10Mənbələr