“Aztelekom” MMC tərəfindən Xocalıda yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib .
“Aztelekom” MMC tərəfindən Xocalı rayonunda məskunlaşma olan bütün yaşayış yerləri və biznes subyektləri, internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilə təmin olunub.
Operativ Mediaxəbər verir ki, Xocalıda 211 ev təsərrüfatı və 4 biznes subyekti, Ballıca kəndində isə 57 ev təsərrüfatı və 1 biznes subyekti müasir telekommunikasiya xidmətlərinə qoşulub.
GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli internetlə yanaşı, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri də təqdim edilib.