AZ

"Milan" ulduzunu satmağa hazırdır

"Milan" hücumçu Rafael Leau üçün təkliflərə açıq olacaq.

90deqiqe.Az  "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki,  "Barselona" və "Çelsi" kimi klublar uzun müddətdir ki, Leauya maraq göstərir.

Daha əvvəl mətbuat yazmışdı ki, “Milan” Leaonun satışından əldə olunan pulu “Çelsi”dən Joao Feliksi almaq üçün istifadə edə bilər.

Nüfuzlu Transfermarkt portalının ekspertləri 25 yaşlı Leaonu 75 milyon avro qiymətləndirib. Reallıqda portuqaliyalı futbolçunun yay transfer bazarındakı qiyməti daha yüksək olacaq. 2024/2025 mövsümündə Rafael Leão 35 oyun keçirib, doqquz qol vurub və komanda yoldaşlarına 8 məhsuldar ötürmə edib.

Seçilən
17
90deqiqe.az

1Mənbələr