ABŞ Prezidenti Donald Tramp “Oval kabinet”dəki 145 illik masanı dəyişmək qərarına gəlib.
“Cebheinfo.az” xəbər verir ki, buna səbəb İlon Maskın oğlu Lil X-in burnunu qarışdıraraq masaya sürtməsi olub.
Belə ki, canlı yayımda burnunu qarışdırdıqdan sonra əlini stolun altına aparan 4 yaşlı Lil X-in hərəkəti sosial mediada trend mövzusuna çevrilib.
Bu hərəkəti görən Tramp 1880-ci ildə İngiltərə kraliçası Viktoriya tərəfindən hədiyyə edilən və 1961-ci ildə Cimmi Karterin dövründən istifadə etdilən masanı əvəz etmək qərarına gəlib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, mikroblara qarşı son dərəcə həssas olan Tramp Britaniyanın “HMS Resolute” gəmisinin hissələrindən hazırlanmış masanı “C&O masası” ilə əvəzləyib.