AZ

Ballıcalı kəndində 57 ev təsərrüfatı və 1 biznes subyekti yüksəksürətli internet xidmətləri ilə təmin edilib

Bakı. Trend:

Xocalı rayonunda 211 ev təsərrüfatı, 4 biznes subyekti vəBallıcalı kəndində - 57 ev təsərrüfatı və 1 biznes subyektiyüksəksürətli internet xidmətləri ilə təmin edilib. Tələbatyarandıqca, yeni qoşulmalara da imkan və şərait var.

Trend xəbər verir ki, bunu“Aztelekom” MMC-nin mətbuat katibi Alidə Mustafayeva jurnalistlərəaçıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın digər şəhər və rayonlarındanXocalı rayonuna edilən zənglər zamanı “026 20” kodu və müvafiqnömrə yığılmaqla əlaqə saxlamaq mümkündür.

"Beynəlxalq danışıqlar zamanı isə “+994 26 20 X XX XX” yığımformatı tətbiq olunur.

Qeyd edək ki, xidmətlər passiv xətt olan GPON texnologiyası –fiber-optik xətt üzərindən verildiyinə görə modem olmadan işləmir.Vətəndaşlardan bütün hallarda yarana biləcək sual və təkliflərləbağlı 24/7 rejimdə fəaliyyət göstərən Çağrı mərkəzinə – “170” qısanömrəsinə müraciət etmələri xahiş olunur.

Görülən işlər ölkənin rəqəmsal infrastrukturunu müasirləşdirmək vəyüksək sürətli interneti hər kəs üçün əlçatan etmək məqsədidaşıyır.

İnternet xidmətlərinin təkmilləşdirilməsi elektron hökumətxidmətləri, onlayn təhsil, tibb və rəqəmsal bizneslərin inkişafınada şərait yaradır.

Belə ki, rəqəmsallaşma, infrastrukturun gücləndirilməsiAzərbaycanı beynəlxalq IT şirkətləri, startaplar və investorlarüçün də cəlbedici məkana çevirir", - o əlavə edib.

Məqalədə:
Seçilən
14
az.trend.az

1Mənbələr