AZ

ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!

Bakı. Trend:

Azərbaycanda artıq altıncı ildir keçirilən “EY İlin İş Adamı”Müsabiqəsi başa çatıb. 20 fevralda JW Marriott Absheron otelindətəşkil edilmiş təntənəli mərasimdə qalib elan edilib. Müsabiqəninəsas qalibi Princeps Legem şirkətinin rəhbəriGülbəniz Məmmədova olub.

O, Azərbaycanı dünya üzrə “EY İlin İş Adamı” Müsabiqəsininbeynəlxalq mərhələsində təmsil edəcək. Qalib biznes icmasının,beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkətrəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 12iştirakçı arasından seçilib.

Bundan başqa, Spektr Group şirkətinin rəhbəriKamran Salayev “Sənaye lideri”, Upsystemsşirkətinin rəhbəri Bəhruz Rüstəmov “İnnovasiya”, RegionalHospitalın rəhbəri Elçin Əliyev “Regional inkişaf”, SDAConsulting şirkətinin rəhbəri Səbinə Qazizadə “Qadınsahibkarlığında mükəmməllik” nominasiyası üzrə qalib olub.

ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli müsabiqəninqala gecəsindəki çıxışında Bankın artıq altıncı ildir ki, bumüsabiqəyə dəstək verdiyini xatırladıb: “Biznes mühiti hərkeçən gün dəyişir, texnologiyalar sahibkarlığın yeni inkişafmərhələsinə keçidini sürətləndirir. ABB olaraq, sahibkarlarımızınbu yeni dövrdə daha güclü və rəqabətədavamlı olması üçün hər zamanonların yanındayıq. ABB-nin yeni ABB Biz tətbiqi,rəqəmsal maliyyə həlləri və süni intellekt əsaslı xidmətlərsahibkarların daha sürətli qərarlar verməsinə, maliyyə axınlarınıdaha effektiv idarə etməsinə imkan yaradır”.

EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı”müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda 60-dan çox ölkədətəşkil olunur və dünyanın ən nüfuzlu işgüzar mükafatlarındansayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensialamalik iş adamlarının uğurlarını nümayiş etdirməkdir. ABB iləyanaşı, bp şirkəti də müsabiqəyə sponsorluq dəstəyi göstərir.Proqramın partnyorları sırasında Ekvita konsaltinq şirkəti, Azpromo(Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi),Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası,“TimesConsulting” də var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internetsəhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmiFacebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Seçilən
5
10
az.trend.az

10Mənbələr