AZ

Ukraynada uşaq ölümləri 50 faiz artıb

UNICEF ötən il Ukraynada uşaq ölümlərinin 2023-cü illə müqayisədə 50 faiz artdığını bildirib. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) Ukrayna üzrə kommunikasiya direktoru Toby Fricker Cenevrə ofisinin həftəlik mətbuat konfransında deyib. 

Rusiya ilə Ukrayna arasında müharibənin 2022-ci ilin fevralında başladığını xatırladan Fricker bu müddət ərzində ölkədə hər 5 uşaqdan birinin yaxın qohumunu və ya dostunu itirdiyini bildirib.

O, BMT-nin təsdiq etdiyi rəqəmlərə görə, müharibənin başlanğıcından bu yana 2520-dən çox uşağın öldüyünü və ya yaralandığını qeyd edib.  Real rəqəmin yəqin ki, daha çox olduğunu bildirib.

Ukraynada vəziyyətin getdikcə pisləşdiyini vurğulayan Fricker "2024-cü ildə uşaq itkilərində 2023-cü ilə nisbətən 50 faiz artım oldu. Heç bir yer təhlükəsiz deyil. Məktəblər, doğum evləri və uşaq xəstəxanaları hücumlardan təsirləndi. BMT-nin təsdiq etdiyi məlumatlara görə, ümumilikdə 780-ə yaxın səhiyyə müəssisəsi və 1600-dən çox məktəb zərər görüb və ya dağılıb”,- deyib. 

Seçilən
4
2
cebheinfo.az

3Mənbələr